Azərbaycan Mərkəzi Bankı bu il sonuncu dəfə faiz qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını dekabrın 16-da açıqlayacaq.
Bu barədə 1news.az-a AMB-dən bildirilib. Məlumata görə, bu 2022-ci il ərzində Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı səkkizinci qərarı olacaq.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti bundan əvvəl oktyabrın 28-də faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 7,75 %-dən 8 %-ə yüksəltmişdi. AMB həmçinin, faiz dəhlizinin aşağı həddini 1 faiz bəndi artırılaraq 5 %-ə, yuxarı həddini isə 9,25 % müəyyən etmişdi.
285