Qızılın qiyməti artıb
Qızılın qiyməti artaraq qiyməti bir unsiya üçün 1800 ABŞ dollarını ötüb.
1news.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri olaraq 0,12 % və ya 2,2 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1802,4 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,4 % artaraq 1 unsiyası 23,422 ABŞ dolları təşkil edib.
Dolların zəifləməsi qiymətli metalın dəyərini dəstəkləyir.
Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,14 % düşərək 104,55 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.
Treyderlər ABŞ Federal Ehtiyat Sisteminin (FED) məzənnə ilə bağlı hansı tədbirlər görəcəyini gözləməkdə davam edir. Dekabr iclasında FED baza faiz dərəcəsini gözlənildiyi kimi illik 4,25-4,5% səviyyəsinədək artırıb.
FED rəhbəri Cerom Pauel mətbuat konfransında bildirib ki, Ehtiyatlar Sistemi inflyasiyanın azalması sabit və dayanıqlı vəziyyətə gələnədək baza faiz dərəcəsini yüksək səviyyədə saxlamağı məqsədəuyğun hesab edir.
1news.az