Türkiyə səfiri şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə səfiri şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib - FOTO

16:15 - 28 / 01 / 2023
Türkiyə səfiri şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror hücumu nəticəsində şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib.

1news.az-ın xəbərinə görə, bunu diplomat tviterdə yazıb.

"Hərbi atəşemiz, müşavirimiz və diplomatlarımızla birlikdə şəhid qardaşımız Orxan Əsgərovun yas mərasimində iştirak etdik, onun atası Rizvan Əsgərov, əmisi və yaxınlarına başsağlığı verdik", - səfir vurğulayıb.

O qeyd edib ki, Türkiyə həmişə Azərbaycanın yanındadır.

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər