Dünyanın ən təhlükəli 10 şəhəri hansılardır? | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən təhlükəli 10 şəhəri hansılardır?

Aynurə Xudaverdiyeva10:47 - 01 / 02 / 2023
Dünyanın ən təhlükəli 10 şəhəri hansılardır?

Səyahəti sevən adamlar getdikləri yer haqqında əvvəldən məlumat toplamağa çalışmalıdır.

Çünki bəzən səyahətçilər gedəcəkləri ölkələr haqqında lazımi qədər bilgiyə sahib olmadıqları üçün səyahətləri pis keçir, hətta həyatlarını da təhlükəyə belə atırlar.

Məsələn, dünyada elə şəhərlər var ki, oraya getmək istəyənlər təkrar-təkrar düşünməli, mümkün təhlükələri gözardı etməməlidir.

1news.az 2022-ci ildə dünyanın ən təhlükəli şəhərləri haqqında araşdırma aparıb. Siyahıda görəcəyiniz bölgələrə getməmişdən öncə 2 dəfə düşünməyinizi tövsiyə edirik.

Tijuana, Meksika

Təkcə ötən il yox, elə uzun illərdir dünyanın ən təhlükəli şəhəri Tijuana hesab olunur. Bu şəhər ABŞ-a narkotik qaçaqmalçılığı etməsi ilə məşhurdur. Bu şəhərdə narkobaronlar əllərində silah dəstə halında gəzirlər. Həmçinin məşhur Tijuana-Texas sərhədi də bu bölgədədir. Meksika sərhədi ilə Birləşmiş Ştatlara qaçaq olaraq gedən insanlar da bu ərazidən keçməlidirlər. Qeyd edək ki, narkobaronlar tərəfindən qətl edilən insanları hesablamasaq, hər il yüzlərlə qaçaq insan itkin düşür və onların taleyi haqda məlumat əldə olunmur. Əgər bu şəhərdən yolunuz düşəcəksə, dəfələrlə düşünməyiniz məsləhət görülür.

Bağdad, İraq

İraqın paytaxtı Bağdad müharibənin yaralarını hələ də daşıyır. Xüsusilə son illərdə görülən tədbirlər sayəsində şəhərdə ümumilikdə sakit bir atmosfer olsa da, zaman-zaman təhlükəsizlik tədbirlərinin qeyri-kafi olduğu mühit hələ də mövcuddur. Bu şəhərə turizim üçün gələn insanların sayı yox dərəcəsindədir, amma hər hansısa bir səbəbdən Bağdada getsəniz mütləq yanınızda peşəkar səyahət bələdçisi olsun.

Kabil, Əfqanıstan

Dünyada təhlükəli sayılan yerlərdən biri də Əfqanıstanın paytaxtı Kabildir. Şəhər və onun ətrafında zaman-zaman terror aktları baş verə bilər ki, bu da xüsusilə əcnəbilər üçün təhlükə yarada bilər.

Akapulco, Meksika

Akapulko dünyada ən yüksək cinayət statistikasına malik şəhərlərdən biridir. Təkcə 2022-ci ildə şəhərdə hər 100.000 sakinə 110 qətl hadisəsi baş verib və bu qətllərə görə dünyanın ən pis şəhərlərindən biri olub. Narkotik qaçaqmalçılığı, orqan alveri, fahişəlik bu şəhərin əsas dırnaqarası simvollarından biridir.

Moqadişo, Somali

Çoxumuzun Conni Depplə yaddaşımızıda qalan dəniz qulduru obrazı əslində həqiqətən bu şəhərdə var. Adı tez-tez dəniz quldurları ilə hallanan Somalinin paytaxtı Moqadişo da dünyanın ən təhlükəli şəhərlərindən biridir. Şəhərdə vaxtaşırı baş verən hadisələrə qarşı bələdçi ilə səyahət etmək faydalıdır.

Rio De Janeyro, Brazilya

Möhtəşəm çimərlikləri ilə məşhur olan Braziliyanın Rio De Janeyro şəhəri bu gözəllik kimi bir çox fərqli təhlükə potensialını da özündə daşıyır. Rionun məhəllələrində, xüsusən də sahildən uzaqda gəzərkən cibgirliyə qarşı diqqətli olmalı, yanınızda yerli bələdçi olmadan qaldığınız ərazidən çox uzağa getməməlisiniz.

Karakas, Venesuela

Venesuelanın paytaxtı Karakas gözəllik yarışmaları və bu yarışmaların yaratdığı sənaye ilə tanınan bir şəhər olsa da, xüsusilə gecə saatlarında gəzərkən diqqətli olmaq lazım olan bir yerdir.

Medellin, Kolumbiya

Kolumbiyanın şimal-qərbində yerləşən Medellin şəhəri yerləşdiyi yerə görə tez-tez qeyri-qanuni hadisələrlə əlaqəli bir yerdir. Şəhərə səfər etmək lazımdırsa, gəzərkən mümkün yoxlamalar zamanı pasportunuzun yanınızda olması faydalıdır.

Yohannesburq, Cənubi Afrika

Cənubi Afrikanın ən çox ziyarət edilən şəhərlərindən biri olan Yohannesburq, xüsusilə axşam saatlarında təhlükəli ola bilən yan küçələri ilə də məşhurdur. Burada ən çox yayılmış cinayətlərdən biri də cibgirlikdir. Gecə gec saatlarda gəzmək istəyirsinizsə, izdihamlı və təhlükəsiz yerləri seçərək daha rahat istirahət edə bilərsiniz.

Paylaş:
259

Son xəbərlər

Yuxarı Şirvan kanalından meyit tapıldı -YENİLƏNİBBu gün, 16:39Güclü geomaqnit qasırğası müşahidə olunurBu gün, 16:14SOCAR Qazaxıstan neftinin tranzitinə başlayıbBu gün, 15:57Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab veribBu gün, 15:30Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçibBu gün, 15:14Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa olmaz” hesab olunur? - FOTOBu gün, 15:03FHN: İsmayıllıda zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 14:15İranda zəlzələ nəticəsində 82 nəfər yaralanıbBu gün, 13:58Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”Bu gün, 13:42Soylunun səhhətində problemlər yaranıbBu gün, 13:35Şəmkirdə zəlzələ qeydə alınıbBu gün, 13:12Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”Bu gün, 12:54Sabahın hava proqnozu açıqlanıbBu gün, 12:36“Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır”Bu gün, 12:27“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı”Bu gün, 12:07İsmayıllıda zəlzələ qeydə alınıbBu gün, 11:51Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışa verilibBu gün, 11:31XİN: “Ermənistan dezinformasiya kampaniyası həyata keçirir”Bu gün, 11:26Azərbaycan XİN Xaçaturyana cavab verdiBu gün, 11:20Təbii qazın qiyməti artdıBu gün, 11:14
Bütün xəbərlər

Next TV