Sabunçuda yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda yanğın olub

13:21 - 08 / 02 / 2023
Sabunçuda yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

FHN-dən 1news.az-a verilən məlumata görə, ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m², 1-ci mərtəbəsi supermarket və anbar, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində sahəsi 30 m² olan anbarda ərzaq malları yanıb.

Yüksək temperaturdan anbarın və marketin lambirdən ibarət tavanı 50 m² sahədə əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
288

Son xəbərlər

Bütün xəbərlər