Səfir: Azərbaycan ilk dəqiqədən etibarən Sizin tapşırığınızla səfərbər olub | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycan ilk dəqiqədən etibarən Sizin tapşırığınızla səfərbər olub

16:31 - 08 / 02 / 2023
Səfir: Azərbaycan ilk dəqiqədən etibarən Sizin tapşırığınızla səfərbər olub

Biz bilirik ki, qardaş Azərbaycan ilk dəqiqədən etibarən Sizin tapşırığınızla səfərbər olmuşdur. Təkcə Fövqəladə Hallar Nazirliyi ilə deyil, bütün qurumları, cəmiyyətləri, xalqı ilə səfərbər olub.

1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

"Ürəkləri bizim acımızı yüngülləşdirmək üçün döyünüb. Biz bunun şahid olduq, görürük. Çox təşəkkür edirik, sağ olun. Həqiqətən çox böyük zəlzələ oldu. Türkiyə tarixində ilk dəfə lokal olmayan zəlzələ bizə böyük acı verdi. Ondan çox şəhərə, on milyondan çox insanımıza təsir etdi, itkilərimiz hər gün artır. Allah millətimizə səbir versin və bir daha bizə belə böyük acı yaşatmasın, İnşallah", - deyə səfir bildirib.

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər