Litva Türkiyəyə humanitar yardım və xilasetmə komandası göndərir | 1news.az | Xəbərlər
Siyasət

Litva Türkiyəyə humanitar yardım və xilasetmə komandası göndərir

16:51 - 08 / 02 / 2023
Litva Türkiyəyə humanitar yardım və xilasetmə komandası göndərir

Litva zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə yardım üçün humanitar dəstək və axtarış-xilasetmə qrupu göndərəcəyini açıqlayıb.

1news.az xəbər verir ki, bu barədə Litva xarici işlər naziri Qabrielius Landsberqis "Twitter"də bildirib.

"Fikir və dualarımız Türkiyə ilədir və eyni zamanda yarım milyon avro dəyərində çadır, yataq dəstləri, adyal, tibbi avadanlıq, dərman və nağd pul göndəririk. Həmçinin, 40 xilasedicidən ibarət komandamız yola düşəcək. Biz müttəfiqlərimizlə birlikdə çalışacağıq ki, lazım olan yerə mümkün qədər tez kömək edək", - litvalı nazir bildirib.

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər