Zəlzələdə kimsəsiz qalan 1362 uşağın vəziyyəti necədir? - Nazirdən CAVAB
“Hazırda nazirlik olaraq bizdə qeydiyyatda olan 1362 uşağımız var, onların heç kəsi yoxdur”.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ailə və Sosial Xidmətlər naziri Derya Yanık, təyyarə ilə zəlzələ bölgəsindən Ankaraya gətirilən və Etlik Şəhər Xəstəxanasında müalicə alan 15 körpəni ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
“İndiyə qədər sistemdə qeydiyyatda olan 1362 uşağımızdan 369-nun şəxsiyyəti müəyyənləşdirilib və ailələrinə təhvil verilib. Ümid edirik ki, uşaqlarımızı yaxın müddətdə ailələrinə təhvil verərik. Biz bunun üçün çalışırıq. Xəstəxanada müşahidə altında saxlanılan uşaqların sayı 792-dir. Nazirliyimizin qurumlarına apardığımız uşaqların sayı isə 201-dir. Uşaqların 1071-nin şəxsiyyətini müəyyənləşdirmişik”.