“İtaliya Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşıdır” - İlham Əliyev | 1news.az | Xəbərlər
Siyasət

“İtaliya Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşıdır” - İlham Əliyev

15:52 - 18 / 02 / 2023
“İtaliya Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşıdır” - İlham Əliyev

İtaliya Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşıdır. Son aylar ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfəri əlaqələrimizin inkişafının real göstəricisidir.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşündə bildirib.

Bu xüsusda ölkəmizin İtaliyanın aparıcı şirkətlərindən olan "Leonardo" şirkəti ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən dövlətimizin başçısı müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev İtaliya ilə Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb, İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-qucuculuq işlərinə töhfə verdiyini vurğulayıb.

Paylaş:
638

Son xəbərlər

Sabunçuda ev yanıb

Bu gün, 09:22

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər