Azərbaycan və İsrailin ABŞ-dakı səfirləri görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və İsrailin ABŞ-dakı səfirləri görüşüb

09:58 - 21 / 02 / 2023
Azərbaycan və İsrailin ABŞ-dakı səfirləri görüşüb

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim İsrail səfiri Mixael Hersoqla görüşüb.

1news.az xəbər verir ki, bu barədə Xəzər İbrahim "Twitter"də yazıb.

Səfir görüş barədə təəssüratlarını ifadə edərək deyib: “Dərin müdrikliyin və peşəkarlığın təcəssümü olan səfir Hersoqla görüşdən böyük şərəf və həzz hissi aldım. Dünyada mövcud təhdid və dəyişikliklərin fonunda biz Azərbaycan-İsrail strateji tərəfdaşlığını və həqiqi dostluğunu inkişaf etdiririk”.

İsrailin ABŞ-dakı səfiri Mixael Hersoq isə görüş barədə bunları qeyd edib: “Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimlə gözəl görüş baş tutdu. Üzləşdiyimiz regional təhlükələr barədə fikir mübadiləsi apardıq və unikal strateji tərəfdaşlığımızı gücləndirmək yollarını müzakirə etdik. Mən əməkdaşlığımızın davamlılığına, genişlənəcəyinə inanıram və İsraildə Azərbaycan səfirliyinin açılışını qeyd etməyi səbirsizliklə gözləyirəm”.

Paylaş:
320

Son xəbərlər

Bütün xəbərlər