Nazir müavini: “Azərbaycanda su ehtiyatları ilə bağlı vəziyyət o qədər də qorxulu deyil”
“Azərbaycanda su ehtiyatları ilə bağlı vəziyyət o qədər də qorxulu deyil, amma narahat olmağa əsaslar var” .
1news.az xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, son illərdə Gürcüstandan daxil olan suyun həcmi 5-6 milyard kubmetr həcmindədir: “ İsrail və Azərbaycanın əraziləri demək olar eynidir. Onlarda su ehtiyatı 2 milyard kubmetrdir, bizim 25 milyard kubmetr su həcmimiz var. Buna baxmayaraq, İsrail dünyaya ən çox kənd təsərrüfatı məhsulu ixrac edən ölkələr siyahısındadır. Bu məsələləri nəzərə alaraq sudan sudan qənaətlə istifayə çalışmalıyıq”.
286