Etibar Məmmədov: ““Azərsu” su tariflərinin artırılması ilə təkliflər hazırlayır, gələcəkdə baxıla bilər”
“Azərsu” su tariflərinə dəyişikliklə bağlı təklif hazırlayır, gələcəkdə baxıla bilər”
1news.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda brifinqdə deyib.
“Bu gün su maya dəyərindən çox aşağı satılır. Azərsu olaraq biz bunu düşünürük, ancaq tariflərin artması ilə bağlı qərarı müvafiq qurumlar verə bilər. Azərbaycanda suyun tarifi həddən aşağıdır. Artan tarif yeni şəbəkələrin qurulmasına yönəldilə bilər” - deyə, E.Məmmədov əlavə edib.
792