Nəsimi rayonunda silahlı atışma zamanı yaralananlardan biri tələbəbdir - Universitetdən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəsimi rayonunda silahlı atışma zamanı yaralananlardan biri tələbəbdir - Universitetdən AÇIQLAMA

Qafar Ağayev17:06 - 10 / 03 / 2023
Nəsimi rayonunda silahlı atışma zamanı yaralananlardan biri tələbəbdir - Universitetdən AÇIQLAMA

Bakıda atışma zamanı yaralananlardan biri tələbəbdir.

Bu barədə 1news.az-a Azərbaycan Tibb Universitetindən (ATU) məlumat verilib.

Bildirilib ki, xəsarət alan Fəqan Rəhimli ATU-nun hərbi tibb fakültəsinin 4-cü kurs tələbəsidir.

Adıçəkilən tələbə saat 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə 12:00-da dərsləri bitdikdən sonra universitetdən çıxıb.

Qeyd edək ki, bu gün paytaxtın Nəsimi rayonu ərazisində atışma baş verib. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.

Paylaş:
601

Son xəbərlər

Bütün xəbərlər