Katolik keşişlərə ailə qurmaq icazəsi verilə bilər | 1news.az | Xəbərlər
Dünya

Katolik keşişlərə ailə qurmaq icazəsi verilə bilər

10:27 - 13 / 03 / 2023
Katolik keşişlərə ailə qurmaq icazəsi verilə bilər

Roma Papası Fransisk martın 12-də Argentinanın Perfil nəşrinə müsahibəsində Katolik Kilsəsinin ruhaniləri üçün subaylıq andına yenidən baxmaq istəmədiyini bildirib.

1news.az-ın məlumatına görə, pontifik bəyan edib ki, subaylıq andı nizam-intizamı qorumaq üçün lazım olan müvəqqəti göstərişdir.

O, bu andın nə vaxtsa ləğv oluna biləcəyini etiraf edib, lakin belə bir tədbirin insanları keşişlər sıralarına cəlb etməyə kömək edəcəyinə şübhə ilə yanaşır.

“Görəcəyik ki, vaxt gələcək, Papa yenidən məsələ barəsində düşünəcək. Mən hələ hazır deyiləm, amma bu, açıq-aydın nizam-intizam məsələsidir”, - pontifik bildirib.

Paylaş:
614

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər