5-ci Yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimi keçirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

5-ci Yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimi keçirildi

Qafar Ağayev15:00 - 11 / 03 / 2023
5-ci Yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimi keçirildi

Bu gün Heydər Əliyev Mərkəzində “Bir ömür yolu” şüarı altında keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 5-ci Yubiley “Fərqli Fərdlər” konqresi öz işinə başladı.

İlk olaraq tədbirə Açılış mərasimi ilə start verildi. “Caspian Event Organisers” (CEO) şirkətinin Baş direktoru Fərid Məmmədov giriş sözü ilə çıxış etdi.

Açılış nitqindən sonra xalq artisti Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova tərəfindən və xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə "Fərqli Fərdlər"in himni səsləndirildi. Bu dəfə də “Ümid var” Yaradıcılıq Qrupunun üzvləri - xüsusi qayğıya ehtiyacı olan uşaqlar nümayiş etdirdikləri inklüziv kompozisiyalarla tədbirə rəng qatdılar.

Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Səbinə Əliyeva, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktorunun müavini Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin, Regional mərkəzlərlə iş şöbəsinin koordinatoru Mehparə Kazımova, eləcə də Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva çıxış etdilər.

“Fərqli Fərdlər” 2023 aid geniş spektrli mövzuların müzakirəsi, fikir mübadiləsi və təcrübə paylaşımı məqsədilə ABŞ, Azərbaycan, Belarus, İsrail, Rusiya, Türkiyə və başqa ölkələrdən olan tanınmış yerli və aparıcı beynəlxalq spikerlər çıxış edəcəklər. Platforma yerli və xarici natiqlər arasında əlaqələrin qurulması üçün əla vasitə rolunu oynayır. Konqresin moderatorları arasında xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri və fərqli inkişaf özəllikləri olan insanların özləri də olacaq. Konqresin prodüseri “Autistic city” Autizm spektr pozuntusu (ASP) diaqnozlu insanlara dəstək mərkəzinin rəhbəri, ASP olan şəxs Antonina Steynberqdir.

Konqresin builki proqramına 3 bölmə və panel müzakirəsi daxildir:

· I bölmə: İlk andan

· II bölmə: Məktəb vaxtı

· III bölmə: Birlikdə böyüyürük

· Panel müzakirəsi: Müşayiət olunanişə qəbul

Ənənəvi olaraq “Fərqli Fərdlər”in mövzuları təşkilatçılar tərəfindən müasir tələblər, eləcə də iştirakçıların xahişləri nəzərə alınmaqla formalaşdırılır. Tədbirdə ilk dəfə olaraq çox aktual, lakin həssas mövzu olan yeniyetməlikdə cinsi tərbiyə müzakirə olunacaq. Konqres zamanı həmçinin inkişaf özəllikləri olan insanların uşaqlıq dövründə tədqiqatı və erkən müdaxilə, ASP sindromlu insanlarda qidalanma pozğunluğu,“bullinq” və məktəbə inteqrasiyası, inklüziv işə qəbulu, perspektivlər və digər mövzular qaldırılacaq. Qeyd edilməlidir ki, bu mövzularda çıxış edən mütəxəssislər hazırda Azərbaycan məktəblərində inklüzivlik üçün öz proqramlarını həyata keçirirlər.

Tədbirdə xüsusi qayğıya ehtiyacı olan insanlar üçün günəbaxanlı boyunbağılar tərəfdaş -“ZAMA LLC” tərəfindən təmin olunacaq. Məlum olduğu kimi, günəbaxan zahirən görünməz əlilliyin beynəlxalq simvoludur. Beləliklə, “Fərqli Fərdlər”in iştirakçıları boyunbağı sahibinin gizli əlilliyini görə biləcək və nəticədə oriyentasiya, qərar qəbul etmək və ya əlavə yardım üçün onlara daha çox vaxt lazım ola biləcəyini anlayacaqlar. Günəbaxanlı boyunbağıların sahibləri üçün rahat şərait və yeməklərin verilməsi üçün ayrıca xətt təşkil ediləcək. Təşkilatçılar tərəfindən iştirakçıların və qonaqların rahatlığı da düşünülüb. Belə ki, Heydər Əliyev Mərkəzində “səssiz otaq” və uşaq zonası təşkil edilib. Bundan əlavə, tədbir zamanı xüsusi qayğıya ehtiyacı olan şəxslərlə ünsiyyət qurma formaları və davranış qaydaları haqqında ətraflı məlumatı əks etdirən rabitə nişanları təqdim olunacaq.

Konqres həmçinin eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün surdotərcümə xidməti ilə də təmin olunacaq.

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, “Fərqli Fərdlər”də xüsusi qayğıya ehtiyacı olan uşaqlar da çalışacaqlar.

Bu il də tədbir xüsusi qayğıya ehtiyacı olan insanlara daima qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Regional İnkişaf İctimai Birliyi (RİİB), Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi),DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi(ADRA), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vəSosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil edilir.

“Fərqli Fərdlər” konqresinin gümüş sponsoru “PMD Group” şirkətidir.Sessiyasponsorları–“Nar” və “GrowGroup Azerbaijan”, Qeydiyyat sponsoru qismində isə “Gubre.az” şirkəti çıxış edir. Tədbir həmçinin "AzExpoMontage", “ZAMA LLC”, “Credo Group”, “Black & Black Studio”, “BakPro MMC”, “Art-Trio” Creative Studio, “Pro Media Group”, "Konfrans Services", “Yaman Group”, “IndigoPrinthouse”, “Bağçam” uşaq bağçaları şəbəkəsi, “Avto FM 107.7”, “Space FM 104”, “Baku Retro FM”, “Baku Hit FM”, “Highlight”və “Propaganda Agency” şirkətləri tərəfindən dəstəklənir. Konqresin təşkilatçısı “Caspian Event Organisers” (ceo.az) şirkətidir.

“Fərqli Fərdlər” 2019-cu ildən etibarən ictimaiyyətin diqqətini autizm, diqqət əskikliyi və hiperativlik, uşaq serebral iflici (USİ), daun sindromu və digərmövzulara maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləyir. Konqresin əsas məqsədi və nail olmağa çalışdığı ən başlıca hədəf isə ictimaiyyətdə fərqliqayğıya ehtiyacı olan insanlar haqqında məlumatlılığı artırmaq, ən əsası isə bu şəxslərə düzgün yanaşma ilə onları cəmiyyətə qazandırmaq və cəmiyyətdə öz yerlərini tapmağa yardımçı olmaqdır.

Yarandığı müddət ərzində “Fərqli Fərdlər” konqresi dövlət qurumlarının və sponsorların dəstəyi sayəsində əhəmiyyətli nəticələrə nail olub. Belə ki, son illərdə xüsusi qayğıya ehtiyacı olan insanlara olan münasibət və qayğı müsbət tendensiya üzrə inkişaf etməkdədir. Hazırda bu qrup uşaqlar və böyüklərə yardım göstərən mərkəzlərin və mütəxəssislərin sayı davamlı olaraq artır. Onlar artıq müxtəlif dərnəklərdə məşğul olur və idman, musiqi və digər sahələrdə istedadlarını kəşf edərək, uğurlar əldə edirlər. Bundan başqa, xüsusi qayğıya ehtiyacı olan insanların valideyn və yaxınlarını məlumatlandırmaq üçün müxtəlif təlimlər keçirilir, onlar müxtəlif təlimatlandırıcı vasitələrlə tanış olur. Sevindirici haldır ki, xüsusi qayğıya ehtiyacı olan insanlar artıq bir sıra dövlət qurumları və şirkətlərdə işə qəbul olunaraq, peşəkar failiyyətlərini davam etdirirlər. Məhz məlumatlılığın artması sayəsində cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan insanlarla ünsiyyət qurmaq qorxusu aradan qalxır.

Konqresin əldə etdiyi konkret nəticələrə isə aşağıdakılardan ibarətdir:

1. Konqresin təşkilatçıları Bakı şəhərindəki Heydər Əliyev Beynəlxalq hava limanında xüsusi qayğıya ehtiyacı olan insanlar üçün əlçatan mühitin yaradılması üzrə proqramın tətbiqi barədə təşəbbüslə çıxış ediblər. Hava limanının rəhbərliyi bu proqrama dəstək verərək, layihəni reallaşdırıb. Bakı hava limanı dünyanın ən müasir hava limanlarından biridir və çoxsaylı beynəlxalq sertifikatlar da bunu təsdiq edir. Artıq burada “görünməyən” məhdudiyyət – autizm, Demensiya və Altsheymer xəstəliyi olan insanlar üçün də xidmətlər mövcuddur. Bu xidmətlər sayəsində xüsusi qayğıya ehtiyacı olan sərnişinlər üçün uçuşlar daha rahatvə az həyəcanlı olur. Heydər Əliyev Beynəlxalq hava limanında artıq gizli əlilliyin beynəlxalq simvolu olan sarı günəbaxan naxışlı lanyardlar tətbiq edilir.

2. Təşkilat komitəsinin təşəbbüsü ilə Toni Ettvudun “Asperger sindromu üzrə tam təlimat” kitabıbir neçə dilə tərcümə edilir. Kitab eşitmə qüsurlu insanlar üçün də surdotərcümə şəklində tərcümə olunacaq. Təqdirəlayiq haldır, kitabın tərcüməsi və nəşri layihəsinin üzərində işləyən bütün komanda fərqli inkişaf xüsusiyyətləri olan insanlardan ibarətdir. Belə ki, tərcümə işi ilə Autizm spektr pozuntusu (ASP) olan Antonina Steynberq və Aleksey Voskov məşğul olublar. Korrektor filoloq, “Rus dili və ədəbiyyatı” ixtisası, filologiya elmləri namizədi, Asperger sindromu diaqnozu qoyulmuş oğlan anası Vera Jibuldur. Kitab cildinin dizaynının müəllifi isə ASP-li Ayşə Məmmədlidir.

3. “Fərqli Fərdlər” konqresi zamanı ümumilikdə 300-dən artıq şəxs diaqnostikadan keçmişdir. İştirakçılar beynəlxalq mütəxəssislərdən ödənişsiz məsləhətlər alıb, xüsusi qayğıya ehtiyacı olan fərdlərin yaxınlarının təcrübəsini görüb və çıxışlarını izləyiblər. Xarici spikerlər tədbirdən sonra da yerli mütəxəssislərlə sıx əməkdaşlıq edir. Bundan əlavə, “Fərqli Fərdlər” tədbiri xüsusi maarifləndirici proqramın hazırlanmasına təkan vermişdir.

4. Konqres yeni yaradıcı layihələrin reallaşmasına səbəb olub: yalnız xüsusi qayğıya ehtiyacı olan insanlardan ibarət bir çox uşaqlar üçün bədii kollektivlərdə çıxış etmək imkanı yaranıb, autizm spektr pozuntusu olan gənc qızın ssenarisi əsasında “Zaman maşını” adlı uşaq tamaşası nümayiş etdirilib.

5. Autizmli uşaqların valideynləri üçün xüsusi dəstək klubu fəaliyyət göstərir. Klub üzvləri hər ay toplaşaraq təhsil, təlim tərbiyə, uşaqların gələcəyi mövzusunda müzakirələr aparır və bir birilərinə dəstək olurlar.

Konqresin fəaliyyətini “Fərqli Fərdlər”in rəsmi saytı (www.ferqliferdler.az), Facebook (https://www.facebook.com/ferqliferdlercongress)və Instagram(https://www.instagram.com/ferqliferdler/) səhifələrində izləmək olar.

Paylaş:
259

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər