Salvadordakı “meqa” həbsxanaya yüzlərlə məhbus köçürülüb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Salvadordakı “meqa” həbsxanaya yüzlərlə məhbus köçürülüb - FOTO

Ayşən İsmayılova17:08 - 16 / 03 / 2023
Salvadordakı “meqa” həbsxanaya yüzlərlə məhbus köçürülüb - FOTO

Amerikanın ən böyük həbsxanası kimi tanınan Salvadordakı "meqa" həbsxanasına əlavə olaraq 2000 məhbus gətirilib.

1news.az "CNN Türk"ə istinadən xəbər verir ki, dəstə üzvlərinin yeni köçürülməsi ilə həbsxananın doluluq nisbəti 10%-ə çatıb. “Terrorizm həbsxanası” da adlandırılan Tekoluka bölgəsindəki həbsxana insan haqqları təşkilatları tərəfindən tənqid edilib.

Bunu tvitter sosial şəbəkəsində həbsxanaya aparılan məhbusların görüntülərini paylaşan Salvador prezidenti Bukele açıqlayıb.

Bukelenin paylaşdığı görüntülərdə məhbusların yalnız ağ şortik geyindikləri, əlləri arxadan qandallı formada yan-yana düzülərək ayaqyalın yeridildikləri görünür.

40 min nəfərlik tutumlu olduğu iddia edilən həbsxanaya ilk transfer fevralın sonunda reallaşıb. Bu ikinci köçürmə ilə 4000 məhbusun olduğu həbsxananın doluluq nisbəti 10 faizə çatıb çatıb.

Müdafiə naziri Rene Fransis Marino həbsxanada təhlükəsizliyin təmin edilməsinə 1200 əsgərin cəlb edildiyini bildirib.

“Financial Times”da dərc olunan təhlilə görə, söhbət gedən həbsxana 163 hektar ərazini əhatə edir.

Əgər 40 min nəfərlik tutumu olan həbsxana tam dolsa, hər məhbusa ortaq kameralarda cəmi 0,6 kvadratmetr yer qalacaq. Bundan əlavə, minlərlə dəstə üzvünün eyni dam altında toplanmasının həbsxana daxilində problemlərə səbəb ola biləcəyindən narahatlıq duyulur.

Paylaş:
290

Son xəbərlər

Azərbaycan XİN-dən Ermənistan Baş nazirinin iddialarına CAVABBu gün, 17:43Musa Quliyev yenidən QDİƏT PM-in komissiya sədri seçilibBu gün, 17:31İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıbBu gün, 16:43BMT nümayəndəsinə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən bəhs edilibBu gün, 16:08Şabranda ikimərtəbəli evdə yanğın olubBu gün, 15:52Rusiya XİN Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildiribBu gün, 15:34Kahramanmaraşda 5,3 bal gücündə zəlzələ olubBu gün, 15:232023-cü ilin ilk iki ayında Azərbaycanda sərnişinlər ən çox bu nəqliyyat vasitəsindən istifadə edibBu gün, 15:06Azərbaycan XİN Pakistanı təbrik edibBu gün, 14:44HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilibBu gün, 14:15Oqtay Əliyevlə vida mərasimi keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:05Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub - FOTOBu gün, 13:42Kamaləddin Qafarov: “Sammit ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək”Bu gün, 13:20İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıbBu gün, 13:11Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:37Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTOBu gün, 12:07Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 12:03Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29
Bütün xəbərlər

Next TV