KIV: Ermənistan XİN-in sabiq sözçüsü Polşada səfir ola bilər
Ermənistan Xarici İşlər Nazirliyinin sabiq mətbuat katibi Vaan Unanyan Polşada səfir ola bilər.
1news.az xəbər verir ki, bu barədə yerli erməni nəşri yazıb.
Nəşrin yazdığına əsasən, ötən il 4 illik səlahiyyət müddəti başa çatan Ermənistanın Polşadakı keçmiş səfiri Samvel Mkrtçyanı Vaan Unanyan əvəz edəcək.
Məlumatı dəqiqləşdirmək mümkün olmayıb, çünki Unanyanın özü zənglərə və məktublara cavab verməyib.
700