Avropada qazın qiyməti açıqlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropada qazın qiyməti açıqlandı

09:57 - 12 / 04 / 2023
Avropada qazın qiyməti açıqlandı

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 490 ABŞ dollarını ötüb.

1news.az xəbər verir ki, 12 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 493,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (486 dollar) ilə müqayisədə 1,5% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər