Hindistanda avtobus qəzaya uğrayıb, 12 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Hindistanda avtobus qəzaya uğrayıb, 12 nəfər ölüb

15:05 - 15 / 04 / 2023
Hindistanda avtobus qəzaya uğrayıb, 12 nəfər ölüb

Hindistanın Maharaştra ştatında avtobusun aşaraq xəndəyə düşməsi nəticəsində azı 12 nəfər ölüb, 27 nəfər yaralanıb.

1news.az Report istinadən xəbər verir ki, bu barədə şənbə günü “The Times of India” qəzeti məlumat yayıb.

Yerli polisin məlumatına görə, ümumilikdə salonunda 41 sərnişin olan kommersiya avtobusu Pune şəhərindən Mumbaya gedirmiş.

Qəzetin yazdığına görə, qəza yerində xilasetmə əməliyyatı başa çatıb. Yaralılar xəstəxanalara çatdırılıblar.

Paylaş:
462

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər