Bakıya gələn Pakistan vətəndaşları hava limanında həmyerliləri tərəfindən qarət olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıya gələn Pakistan vətəndaşları hava limanında həmyerliləri tərəfindən qarət olundu

Qafar Ağayev09:49 - 17 / 04 / 2023
Bakıya gələn Pakistan vətəndaşları hava limanında həmyerliləri tərəfindən qarət olundu

Azərbaycana gələn Pakistan vətəndaşları həmyerliləri tərəfindən qarət olunub.

1news.az-ın məlumatına görə, Pakistan vətəndaşları - 2003-ci il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı bu barədə Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət ediblər. Onlar bildiriblər ki, aprelin 13-də Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri Pakistan İslam Respublikasının vətəndaşları 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-ci il təvəllüdlü Muzammil Muhammad onları H.Əliyev adına Beynəlxalq Hava Limanında qarşılayıb onlara taksi fəaliyyəti göstərəcəkləri adı ilə kirayədə yaşadıqları, Binəqədi rayonu, Azadlıq prospekti ev 192/30, mənzil 20 ünvanında yerləşən, 06.11.1992-ci il təvəllüdlü Ağazadə Ayxan Məzahir oğluna məxsus mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döyüblər, o cümlədən kəsici alətlə hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dollar və 400 Avro pulunu ələ keçiriblər.

Bundan başqa azad edilmələri müqabilində onlardan əlavə olaraq 20000 ABŞ dollar pulun verilməsini hədə-qorxu ilə tələb ediblər.

Faktla bağlı 15 aprel 2023-cü il tarixdə Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə cinayət işi başlanıb.

Paylaş:
261

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər