Sahib Ələkbərov: İndiyədək sənaye zonalarına 6,5 milyard manat sərmayə yatırılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sahib Ələkbərov: İndiyədək sənaye zonalarına 6,5 milyard manat sərmayə yatırılıb

Qafar Ağayev13:15 - 25 / 04 / 2023
Sahib Ələkbərov: İndiyədək sənaye zonalarına 6,5 milyard manat sərmayə yatırılıb

Ötən il sənaye zonalarının ölkə üzrə qeyri-neft sənaye məhsullarının istehsalında xüsusi çəkisi 16,7 faiz, qeyri-neft sənaye məhsullarının ixracında payı isə 29,5 faiz olub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

O bildirib ki, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilir. Bu günə qədər sənaye zonalarına yatırılan sərmayələrin ümumi həcmi 6,5 milyard manat təşkil edir, 10 min 100 çox daimi iş yeri açılıb. Yaxın gələcəkdə mövcud layihələr üzrə əlavə olaraq 600 milyon manatdan çox investisiyanın yatırılması və 4800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

S.Ələkbərov qeyd edib ki, Sumqayıt Sənaye Parkının rezidentləri bu günədək 7366 milyon manat dəyərində məhsul istehsal edib, onun da 2674 milyon manatlığı xaricə ixrac olunub. Təkcə 2022-ci ildə satış 2711 milyon manat, ixrac 1039 milyon manat olub.

Paylaş:
482

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər