Polad Bülbüloğlu Mixail Qaluzinlə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Polad Bülbüloğlu Mixail Qaluzinlə görüşüb

21:13 - 27 / 04 / 2023
Polad Bülbüloğlu Mixail Qaluzinlə görüşüb

27 aprel 2023-cü il tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

Görüşdə Laçın-Xankəndi yolunda yaranmış vəziyyət müzakirə edilmiş, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında indiyədək əldə edilmiş razılaşmalara ciddi əməl olunmasının vacibliyi bir daha təsdiqlənib.

Polad Bülbüloğlu Azərbaycan Respublikasının regionda uzunmüddətli sülhün bərqərar olmasında maraqlı olduğunu və üçtərəfli bəyanatın müddəalarına sadiq qaldığını diqqətə çatdırıb.

Səfir qeyd etmişdir ki, Ermənistan tərəfi sözügedən bəyanatın müvafiq bəndlərini pozaraq, regionda bütün kommunikasiya xətlərinin açılması və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni birləşmələrinin çıxarılması ilə bağlı öhdəliklərini bu günədək yerinə yetirməyib.

Üçtərəfli bəyanata zidd olaraq, məhz Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina və digər hərbi təyinat vasitələrinin daşınmasının qarşısının alınması üçün tərəfimizdən Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradılıb.

Bununla yanaşı, Polad Bülbüloğlu qarşı tərəfin diqqətinə çatdırmışdır ki, Azərbaycan Laçın yolundan istifadədə şəffaflığın qorunmasını təmin edəcək və həmin yol 3 istiqamət - vətəndaşlar, yüklər və nəqliyyat vasitələri üçün nəzərdə tutulub.

Əvvəl də olduğu kimi Laçın yolundan Rusiya sülhməramlı kontingenti, Beynəlxalq Qırmızı Xaç Komitəsi və humanitar məqsədli nəqliyyat vasitələrinin keçidi üçün tam şərait yaradılacaq və bütün digər humanitar xarakterli məsələlər öz həllini tapacaq.

Ermənistan tərəfindən yerləşdirilmiş minaların qurbanları olan vətəndaşlarımızın artdığını vurğulayan Səfir, son olaraq, Şuşa rayonu ətrafında yük avtomobilinin minaya düşməsi nəticəsində 3 Azərbaycan hərbçisinin xəsarət aldığını və hadisə baş verən əraziyə keçirilmiş baxış zamanı minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğunun müəyyən edildiyini qeyd etmişdir. Bu hadisənin ermənilərin növbəti mina təxribatı kimi dəyərləndirildiyini, yeni nəzarət–buraxılış məntəqəsinin məhz gələcəkdə bu kimi hadisələrin təkrar olunmaması üçün qurulduğunu bildirib.

Paylaş:
1113

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər