Avropada qaz ucuzlaşdı
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 407 ABŞ dollarınadək enib.
1news.az xəbər verir ki, 4 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 407,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (418,4 dollar) ilə müqayisədə 2,7% azdır.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
608