Heydər Əliyevin 100 illiyinə həsr olunan poçt markaları buraxılacaq
Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində bu il "Azərpoçt" tərəfindən 11 növdə poçt markasının buraxılması nəzərdə tutulub.
1news.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmiş Rəşad Nəbiyev "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, baş nazirin razılığı olacağı təqdirdə ilk poçt markasının razılaşdırılması və dövriyyəyə buraxılması bu gün burada baş tuta bilər: "Azərbaycan da daxil olmaqla dünyanın 8 ölkəsində ulu öndərin 100 illik yubileyinə həsr olunan markalarının buraxılması nəzərdə tutulub. Bu günə qədər Türkiyə, Rusiya və Qazaxıstan tərəfindən bu poçt markaları dövriyyəyə buraxılıb".