Avtomobillərini texniki baxışdan yayındırmaq istəyənlən sürücülərə ciddi XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobillərini texniki baxışdan yayındırmaq istəyənlən sürücülərə ciddi XƏBƏRDARLIQ

Qafar Ağayev17:27 - 08 / 05 / 2023
Avtomobillərini texniki baxışdan yayındırmaq istəyənlən sürücülərə ciddi XƏBƏRDARLIQ

Artıq bir neçə müddətdir ki, vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib.

Bu barədə 1news.az-a Baş Dövlət Yol Polisi idarəsindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, xidmətin fasiləsiz təşkili ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, habelə gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb.

Amma yaradılan şəraitə baxmayaraq sürücülər arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə hələ də rast gəlinir.

Bəzi hallarda sürücülər texniki baxışdan yayınmaq üçüna dövlət nömrə nişanlarına qanunsuz müdaxilə hallarına belə yol verirlər.

Həmçinin, sürücülər yol hərəkəti qaydalarının qeydə alınması üçün quraşdırılan xüsusi texniki vasitələrin olduğu yollardan keçməməklə texniki baxışdan yayınmağa çalışırlar. Amma həmin sürücülər bilməlidirlər ki, avtomobilin texniki baxışdan keçirilmədiyi, və yaxud digər yol hərəkəti qaydaları pozuntuları xidməti ərazidə dislokasiya olunmuş yol patrul avtomobilində quraşdırılan “İ-Patrul”lar vasitəsilə də avtomatik olaraq qeydə alınır.

Bəzən sürücülər “İ-Patrul”lar vasitəsi ilə avtomobilin texniki baxışdan keçirilməməsinin qeydə alınmasını narazılıqla qarşılasalar da, yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının müasir avtomatik elektron cihazların köməkliyi ilə alınması dünyanın inkişaf etmiş ölkələrində geniş istifadə edilən hallardan biridir.

Qeyd edək ki, avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısınını alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir. Sürücülərin diqqətinə çatdırılır ki, avtomobillərini texniki baxışdan keçirməyənlər, həmçinin qeyd olunan qayda pozuntularına yol verən şəxslər İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Əgər həmin sürücü 20 gün ərzində avtomobilini texniki baxışa təqdim etməzsə, yenidən cərimə olunur.

Sürücülər həçminin onu da bilməlidirlər ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi xüsusi texniki vasitələr, eləcə də digər elektron avadanlıqların köməkliyi ilə avtomobillərini texniki baxışa təqdim etməyən, qanunsuz yollarla dövlət qeydiyyat nişanına müdaxilə edən sürücülər qısa zamanda müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilirlər.

Xatırladaq ki, sürücülər avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və “902” qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

Paylaş:
367

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər