Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır | 1news.az | Xəbərlər
Rəsmi

Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır

17:47 - 08 / 05 / 2023
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin nə zaman başa çatacağı açıqlanıb.

1news.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfər ediblər. Dövlət başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar.

Paylaş:
425

Son xəbərlər

Bütün xəbərlər