Polisin postda saxladığı avtomobilin sərnişini özünə qəsd edəcəyini bildirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Polisin postda saxladığı avtomobilin sərnişini özünə qəsd edəcəyini bildirdi

Qafar Ağayev11:54 - 09 / 05 / 2023
Polisin postda saxladığı avtomobilin sərnişini özünə qəsd edəcəyini bildirdi

Bakı-Qazax yolunda yerləşən postda “KİA” markalı avtomobil polis əməkdaşları tərəfindən yoxlama nəzarət qaydasında saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) 1news.az-a verilən xəbərə görə, sürücü, Bakı şəhər sakini Nasir Məmmədov və sərnişinləri - əvvəllər məhkum olunmuşlar Ruslan Cavadov, Mehman Mirzəyev və Elgün Əliyev özlərini şübhəli apardıqlarına görə posta dəvət ediliblər.

Sürücü ilə fərdi söhbət aparılarkən sərnişinlərdən biri cibindən bıçaq çıxararaq uca səslə onları buraxmasalar, özünə xəsarət yetirəcəyini bildirib, bu zaman digər sərnişin qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü və sərnişinlər avtomobillə birgə Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər. Avtomobilə baxış zamanı oradan heroin, marixuana, metamfetamin, elektron tərəzi, beşbarmaq və bıçaq aşkar olunaraq götürülüb.

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər