İlham Əliyevin tapşırığı ilə dənizçilər üçün tikilən yaşayış kompleksi təhvil verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İlham Əliyevin tapşırığı ilə dənizçilər üçün tikilən yaşayış kompleksi təhvil verilib - FOTO

Qafar Ağayev15:09 - 10 / 05 / 2023
İlham Əliyevin tapşırığı ilə dənizçilər üçün tikilən yaşayış kompleksi təhvil verilib - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 1980-ci ildən 1993-cü ilədək mənzil növbəsinə götürülmüş və yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan dənizçilər üçün inşa olunan yaşayış kompleksi təhvil verilib.

1news.az xəbər verir ki, sözügedən sosial layihə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 9 ünvanında inşa olunub. Yaşayış kompleksi hər biri tək bloklu olmaqla 5 binadan,16 mərtəbədən, 487 mənzildən ibarətdir. Mənzillərdən 108-i birotaqlı, 227-si ikiotaqlı, 137-si üçotaqlı,15-i dördotaqlıdır. Evlər yüksək tələblərə uyğun təmir olunub və mətbəx mebeli ilə təmin edilib.

Su, elektrik xətti və təbii qazla təchiz olunmuş kompleksdə avtomobillər üçün yeraltı dayanacaq da mövcuddur. Burada uşaq bağçası və digər sosial infrastruktur imkanları yaradılacaq.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar mənzillərin sahiblərinə təhvil verilməsinə həsr olunmuş mərasim keçirilib.

Mənzillərin açarlarının təqdimedilməsi mərasimində iştirak edən ASCO sədri Rauf Vəliyev bildirib ki, Ümummilli lider Heydər Əliyev istər 1969-cu ildən 1982-ci ilədək, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik etdiyi dövrdə ölkə həyatının bütün sahələrinə sanballı töhfə verib. O, digər sahələr kimi, həm Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin, həm də Xəzər Dəniz Neft Donanmasının inkişafına da xüsusi diqqətlə yanaşıb. Bu sahədə görülən irimiqyaslı layihələrlə yanaşı, dənizçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını da vacib işlərdən hesab edib: “Ulu öndər Heydər Əliyevin bu missiyasını hazırda cənab Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Onun rəhbərliyi ilə ölkə vətəndaşlarının sosial-məişət təminatının yüksəldilməsi istiqamətində həyata keçirilən kompleks layihələr çərçivəsində dənizçilər də unudulmur. Məhz, bu layihə də cənab Prezidentin tapşırığı ilə həyata keçirilib.”

Rauf Vəliyev evlərin açarlarını sahiblərinə təqdim edərək onlara yeni mənzillərində xoş və firavan həyat arzulayıb.

Mənzillərlə təmin edilən şəxslər daim dəstəklə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
402

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər