İlham Əliyev: “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim, amma hesab etdim ki, mən bu gün burada olmalıyam”
Şuşanın azad olunması bizim tarixi zəfərimizin əsas hissəsi idi.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan videomüraciətində deyib.
“Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır. Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim, amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda bax bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır”.