Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb

15:09 - 15 / 05 / 2023
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb

Bu il mayın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9 % çox - 732,2 min olub.

1news.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, yanvar-aprel aylarında aktiv ƏDV ödəyicilərinin sayı isə 5,1 % artaraq 42 min təşkil edib.

4 ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 2,1 % artaraq 193,2 minə çatıb.

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər