AYNA-dan Sumqayıtdan Bakıya gələnlərə müraciət: Bu stansiyaya üstünlük verin | 1news.az | Xəbərlər
Cəmiyyət

AYNA-dan Sumqayıtdan Bakıya gələnlərə müraciət: Bu stansiyaya üstünlük verin

Qafar Ağayev11:34 - 17 / 05 / 2023
AYNA-dan Sumqayıtdan Bakıya gələnlərə müraciət: Bu stansiyaya üstünlük verin

Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Bakı şəhərinin girişində ciddi tıxaclara səbəb olur.

Bu barədə 1news.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzdən Bakının müxtəlif istiqamətlərinə avtobus marşrutları hərəkət edir. Nəticədə vətəndaşlar rahat və təhlükəsiz şəkildə sərnişindaşıma xidmətindən yararlana bilirlər. BBAK-ın qarşısındakı “Avtovağzal” metro stansiyası da sərnişinlərin ixtiyarındadır.

Sərnişinlərdən Bakının yol hərəkətinin təşkili, ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılmasına hesablanan bütün addımları nəzərə alaraq, “20 Yanvar” metro stansiyasına deyil, “Avtovağzal” metro stansiyası və Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzinə üstünlük vermələri xahiş olunur.

Paylaş:
357

Son xəbərlər

Bütün xəbərlər