YayLand yarmarkasında Xırdalanla sərinlən!
Mayın ilk günlərində paytaxtımızın mərkəzi yenidən Bakı sakinləri və qonaqları üçün cəlbedici məkana çevrildi - Nərgiz Fondunun dəstəyi ilə Yay Land Fest yarmarkasının açılışı oldu.
Məşhur Fəvvarələr meydanı bir daha özünəxas qonaqpərvərliklə qonaqları qəbul edir. Müxtəlif attraksionlar fəal istirahəti davam etdirmək üçün güc toplaya biləcəyiniz pavilyonlarla kəsişir. Bura gələndə sanki stilizə edilmiş şərq bazarın mühitinə düşürsən – parlaq rənglər insanı təəssüratlar burulğanına qərq edir.
Bəxş edilmiş bayramın ovqatı təklif olunan təamların həzzini daha da artırır.
Bura Yay Land Fest məkanıdır! Hansı festival pivəsiz keçə bilər? Xüsusən yaş senzi ona imkan verirsə?! Burada Xırdalan pivəsi nümayəndələri ziyarətçiləri öz stendində məmnuniyyətlə qarşılayacaqlar. Uzun illər ölkədə 1 nömrəli pivə brendi ilə assosiasiya edilən rəng qammasına diqqət yetirsəniz, Xırdalan pavilyonunu asanlıqla tapmaq olar.
Xırdalan iyirmi ildən artıqdır ki, pivə istehsalı bazarında beynəlxalq standartlara cavab verən əla xətt təqdim edir və bu, yüksək mükafatlarla, o cümlədən Londonda keçirilən Beynəlxalq Pivə Müsabiqəsində qızıl medalla, Brüsseldə keçirilən “Beynəlxalq Dad İnstitutunun” müsabiqəsində aparıcı mövqelərindən biri ilə, lager kateqoriyasında Carlsberg Group brendləri arasında gümüş medalla təsdiqlənir.
Bu gün Xırdalan brendi ilk almanların Azərbaycan torpağına məskunlaşdığı dövrə gedib çıxan pivəbişirmə ənənələrini inamla davam etdirir. 19-cu əsrin sonlarından etibarən ayrı-ayrı pivə növlərinin yaradılması mədəniyyəti davamlı inkişaf edərək coğrafiyasını bir Zaqafqaziya ölkəsinin hüdudları daxilində genişləndirir.
Və indi yüz əlli il sonra, Xırdalan brendinin rəsmi pavilyonu yerli pivə istehsalçılarının müasir məhsullarının beynəlxalq keyfiyyət standartlarına uyğun olduğunu şəxsən yoxlamaq üçün bütün pivə sevərləri və biliciləri onun dadına baxmağa dəvət edir.
Yay Land Fest başlandığı andan etibarən Xırdalan adını qürurla daşıyan gözəl bir stend öz qonaqpərvər qollarını açıb və iyunun 15-dək layiqincə seçilmiş qəlyanaltılarının “müşayiəti” ilə müxtəlif növ köpüklü içkilərini təqdim edəcək. Axı dadların harmonik birləşməsi yay bayram əhval-ruhiyyəsinin özəlliyini vurğulayan mayaotu notları ilə xüsusilə gözəl təəssürat yaradır.
Reklam hüququnda