Yaqub Mahmudov “Avropada ilin alimi” beynəlxalq mükafatına layiq görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaqub Mahmudov “Avropada ilin alimi” beynəlxalq mükafatına layiq görülüb

Qafar Ağayev17:03 - 19 / 05 / 2023
Yaqub Mahmudov “Avropada ilin alimi” beynəlxalq mükafatına layiq görülüb

AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) Beynəlxalq Mükafat Komitəsinin 2022-ci il 23 dekabr tarixli qərarı ilə “Fenomen” (“Leonardo da Vinçi”) ordeninə və “Avropada ilin alimi” beynəlxalq mükafatına layiq görülüb.

“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən 1news.az-a verilən məlumata görə, tarixçi-alimə “Fenomen” ordeni dünya elmi və təhsilindəki xidmətlərinə görə, “Avropada ilin alimi” beynəlxalq mükafatı isə 2022-ci ildəki uğurlarına görə verilib.

Yaqub Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq XV‐XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarıb. O, 1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Onun əsərləri indiyədək 15 dilə – türk, ingilis, rus, alman, ərəb, fars, fransız, gürcü, ibri, ispan, italyan, polyak, Ukrayna, urdu və rumın dillərinə tərcümə edilib.

Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl 7 beynəlxalq akademiyanın, o cümlədən İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliyanın Bonifasiana Akademiyasının həqiqi üzvü seçilib və ATEA-nın “Qotfrid Vilhelm Leybnits” medalı və “Fəxri Legion” ordeni ilə təltif edilib.

Paylaş:
584

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər