Kamaləddin Qafarov: “Azərbaycan-Litva münasibətləri uğurla inkişaf edir” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan-Litva münasibətləri uğurla inkişaf edir”

14:09 - 24 / 05 / 2023
Kamaləddin Qafarov: “Azərbaycan-Litva münasibətləri uğurla inkişaf edir”

“Mayın 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Litvaya rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan və Litva arasında müxtəlif sahələri əhatə edən vacib sənədlər imzalanıb. Mayın 22-də Prezident İlham Əliyev Vilnüsdə mətbuata verdiyi bəyanatında vurğulayıb ki, geniş fikir mübadiləsi əsnasında aparılan önəmli müzakirələr və imzalanan sənədlər ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrini bir daha təsdiqlədi”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Vilnüsdə keçirilmiş biznes-forum ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına yeni təkan vermişdir və Prezident İlham Əliyevin bu tədbirdə iştirakı forumun önəmini bir qədər də artırmışdır:

“Azərbaycan və Litva uzun illərdir ki, strateji tərəfdaşdırlar. Bu baxımdan ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə bu əməkdaşlığın mahiyyətini əks etdirir. Bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur. Keçən il Litva Prezidenti Q. Nausedanın Azərbaycana rəsmi səfəri, bu il isə Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi, eləcə də cari ilin əvvəlində iki ölkənin dövlət başçılarının Davosda baş tutmuş görüşü onu göstərir ki, ölkə rəhbərləri arasında fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə tamamlanır. Azərbaycan və Litva Prezidentləri arasında siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları iki ölkə arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlıdırlar. Bu baxımdan ötən il mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulması üçün yaxşı fürsət oldu. Heç şübhəsiz , Vilnüsdə keçirilən biznes forum da gələcək illərdə iqtisadiyyat və ticarət sahələrində əlaqələrin inkişafı istiqamətdə görülən tədbirlərə mühüm töhfə olacaqdır”.

K.Qafarov Litvanın Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafında oynadığı roldan bəhs edərək deyib:

“Cənab Prezident İlham Əliyev öz bəyanatında bir daha vurğuladı ki, Litva ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişafına önəmli töhfələr verir. Prezident Q. Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq. Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları getdikcə böyüyür. Bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Məhz elə bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır. Yeni reallıq isə, ilk növbədə, möhkəm və davamlı regional sülhün bərqərar olunmasına əməli töhfələr verə biləcək yeni, işlək formatın yaradılmasını tələb edir. Belə bir format da məhz Prezident İlham Əliyevin son iki ildə keçirdiyi görüşlərin və apardığı danışıqların nəticəsi olaraq yaranıb. Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir. Daha bir vacib məqam da budur ki, Azərbaycan və Litva Prezidentlərinin keçirdikləri görüşdə bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi aparılıb. Müəyyən olunub ki, ölkələrimiz bu istiqamətdə də demək olar, paralel şəkildə hərəkət edirlər. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və yaxın gələcəkdə bu sahədə də dinamik ikitərəfli əməkdaşlıq mümkün olacaqdır”.

Paylaş:
289

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər