Azərbaycanda 845 qram doğulan körpə 79 gün müalicədən sonra sağlam şəkildə evə buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 845 qram doğulan körpə 79 gün müalicədən sonra sağlam şəkildə evə buraxılıb

Qafar Ağayev17:29 - 24 / 05 / 2023
Azərbaycanda 845 qram doğulan körpə 79 gün müalicədən sonra sağlam şəkildə evə buraxılıb

TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzində 38 yaşlı pasiyent Əzizova Nargilə hamiləliyinin 28-ci həftəsində kəskin bətndaxili hipoksiya, dölün bətndaxili inkişaf ləngiməsi, uşaqlıq üzərində çapıq, sağrı gəlişi, talassemiya daşıyıcısı diaqnozu ilə daxil olub.

TƏBİB-dən 1news.az-a verilən məlumata görə, pasiyent 02.03.2023-cü il saat 00:40 radələrində tibb müəssisəsində keysəriyyə kəsiyi əməliyyatı ilə çəkisi 845 qr, boyu 33 sm olan oğlan uşağı dünyaya gətirib. Körpə ilk olaraq Mərkəzin Yenidoğulmuşların reanimasiya şöbəsinə, daha sonra isə Patologiya şöbəsinə yerləşdirilib.

79 gündən sonra 18.05.2023-cü il tarixində kafi vəziyyətdə evə yola salınan körpənin çəkisi 1, 450 qram olub.

Qeyd edək ki, körpənin müalicə müddətindəki xərcləri icbari tibbi sığorta ilə qarşılanıb.

Paylaş:
481

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər