İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevə məktub ünvanlayıb
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
1news.az Prezidentin rəsmi saytına istinadən məktubu təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu əlamətdar bayram münasibətilə Azərbaycan xalqına və dövlətinə daim tərəqqi, firavanlıq və rifah arzulayıram.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının hazırkı sədrliyinə xüsusi diqqət yetirərək, regionun iqtisadi təmərküzləşməsini və inteqrasiyasını təşviq etmək üçün ümumi inkişaf məqsədlərimizin yorulmadan həyata keçirilməsində Zati-alinizin davamlı dəstəyini səbirsizliklə gözləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".