Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb

Qafar Ağayev16:40 - 05 / 06 / 2023
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb.

1news.az xəbər verir ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi Zaur Allahverdiyev 2024-cü il üzrə Amerika Birləşmiş Ştatlarının “Hubert Hamfri” Tələbə Təqaüd Proqramını qazanıb.

Dünyanın ən prestijli təqaüd proqramlarından sayılan “Hubert Hamfri”nin məzunları arasında nobel mükafatçıları, ölkə başçıları yer alıb. Qeyd edək ki, təqaüdün məbləği 75 min ABŞ dolları təşkil edir.

Zaur Allahverdiyev 2013-cü il Dünya Startap müsabiqəsinin mükafatçısı, 2014-cü ildə Respublika kompüter bilikləri olimpiadasının qalibi və 2022-ci ildə isə Malayziya hökumətinin MTCP təqaüd müsabiqənin qalibi olub. 2023- cü ildə Yaponiyanın JICA proqramının məzunudur.

Hazırda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnformasiya texnologiyaları şöbəsində çalışır.

O, qazandığı təqaüdlə bağlı təəssüratlarını bölüşüb:

“Hazırda İnformasiya texnologiyaları sahəsində dövlət sektorunda çalışan peşəkar biri olaraq, Maksvel Vətəndaşlıq və İctimaiyyətlə Əlaqələr Məktəbində təhsil alacağım bir il ərzində xidmətlərin və informasiya sistemlərinin yaradılması və istifadəsi zamanı daha əlçatan, innovativ və təhlükəsiz qaydalar ilə təşkili istiqamətində xüsusi yanaşmaların tətbiqini öyrənəcəyəm.

Bu istiqamətdə dünya təcrübəsində mövcud olan siyasət sənədlərinin hazırlanma prosesini, idarəçilik və liderlik sahələrində bacarıqlarımı genişləndirməyi arzu edirəm”.

Paylaş:
186

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:14Xankəndidə radio-televiziya yayımı bərpa olunurBu gün, 13:06SİMA İmza ilə başqasının sənin adından sənəd imzalamasının qarşısını al!Bu gün, 13:05Özbəkistanda “İpək Yolunun mirvarisi” adlı Beynəlxalq Kino Festivalı çərçivəsində “Azərbaycan kinosu günü” keçirilib - FOTOBu gün, 13:02Xəzər dənizində Azərbaycan-Qazaxıstan birgə hərbi təlimləri başlayıb - FOTOBu gün, 12:59ANAMA: Antiterror əməliyyatlarından sonra bəzi kritik ərazilərdə minatəmizləmə işləri aparılırBu gün, 12:52Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənibBu gün, 12:42II Milli Qurama Festivalı ŞəkidəBu gün, 12:32Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıbBu gün, 12:21Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibləri olduBu gün, 12:11İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıbBu gün, 12:05AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edibBu gün, 11:56Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirirBu gün, 11:52İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdikBu gün, 11:47Deputatlar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblərBu gün, 11:43Milli Məclisin iclasında Qənirə Paşayeva və Madər Musayevin xatirələri yad edilibBu gün, 11:42Prezident 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİBBu gün, 11:37Prezident: Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edirBu gün, 11:30Milli Dram Teatrı oktyabr repertuarını açıqlayıbBu gün, 11:28Prezident: Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edirBu gün, 11:13
Bütün xəbərlər

Next TV