Bakı Zooloji Parkında Dağıstan turu balası dünyaya gəlib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Zooloji Parkında Dağıstan turu balası dünyaya gəlib - FOTO

Qafar Ağayev12:49 - 05 / 06 / 2023
Bakı Zooloji Parkında Dağıstan turu balası dünyaya gəlib - FOTO

Bakı Zooloji Parkında mayın 14-u Dağıstan turu balası dünyaya gəlib.

1news.az xəbər verir ki, bu barədə Bakı Zooloji parkının rəsmi instaqram səhifəsində məlumat verilib.

Bildirilib ki, erkək balanın çəkisi 3 kq-dır.

Qeyd olunub ki, Dağıstan turları iri həcmli bədən quruluşuna sahib heyvanlardır. Əsasən Baş Qafqaz silsiləsinin şərq hissəsində yaşayırlar. Çəmənliklərdə, meşəlik ərazilərdə və hətta 800 - 4200 metr hündürlükdə dağlarda onlara rast gəlmək olar. Sıldırım qayalara belə mükəmməl şəkildə qalxa bilirlər. Əla görmə qabiliyyətinə malikdirlər və çox ehtiyyatlıdırlar. Yaxşı qoxu hissləri olduğuna görə bir neçə yüz metrdən insanların qoxusunu hiss edirlər və təhlükə zamanı həyəcan siqnalı olaraq kəskin fit səsi verirlər.

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər