BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 66 613 şagird bitirir | 1news.az | Xəbərlər
Cəmiyyət

BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 66 613 şagird bitirir

Qafar Ağayev16:18 - 08 / 06 / 2023
BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 66 613 şagird bitirir

2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 40 016, XI siniflərini 26 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirir.

BŞTİ-dən 1news.az-a bildirilib ki, paytaxtda 45 108 nəfər I sinfi başa vurur.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 482 132 şagird təhsil alır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 28 410 müəllim fəaliyyət göstərir.

2022-2023-cü tədris ilində paytaxt üzrə 282 ümumi təhsil məktəbində fəaliyyət göstərən 976 məktəbəhazırlıq qrupuna 22 902 uşaq cəlb olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 336 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Paylaş:
340

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər