Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdə olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdə olub

Qafar Ağayev17:53 - 08 / 06 / 2023
Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdə olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

1news.az xəbər verir ki, bümayəndə heyəti əvvəlcə Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini və adını daşıyan muzeyi ziyarət edib.

Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. Görüş zamanı ölkədə İKT və nəqliyyat sahələrinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə danışılıb.

Səfər çərçivəsində nümayəndə heyəti muxtar respublikadakı sahəvi qurum və şirkətlərin fəaliyyəti ilə tanış olub.

Paylaş:
433

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər