Paşinyan erməni deputatlarla görüşməmişdən əvvəl bunu edir
Ermənistanın Baş naziri Nikol Paşinyanın təhlükəsizlik xidməti görüşdən əvvəl millət vəkillərinin telefon və “ağıllı saat”larını toplayır.
1news.az Qafqazinfo istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Ovik Ağazaryan açıqlayıb.
Onun sözlərinə görə, buna səbəb onların görüş zamanı diqqətinin yayınmasına və TikTok-a daxil olmasına əngəl olmaqdır.
“Hraparak” qəzeti isə yazır ki, bu yaxınlarda Paşinyanın da iştirak etdiyi məmurlardan birinin oğlunun toyunda Baş nazir gəlməzdən əvvəl təqribən 900 qonaq ayrı-ayrılıqda təhlükəsizlik əməkdaşları tərəfindən metal detektorlar vasitəsilə yoxlanılıb.
1475