Ermənistan-Gürcüstan sərhədində şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı keçid rejimi tətbiq oluna bilər | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan-Gürcüstan sərhədində şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı keçid rejimi tətbiq oluna bilər

12:57 - 19 / 06 / 2023
Ermənistan-Gürcüstan sərhədində şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı keçid rejimi tətbiq oluna bilər

Gürcüstanla sərhədin şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı keçidi barədə saziş layihəsi Ermənistan parlamentinin komissiyası tərəfindən təsdiqlənib.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Qurgen Arsenyan bildirib.

Arsenyanın sözlərinə görə, ölkəsi qonşu dövlətlərlə əlverişli, dinc birgə yaşayış sxemi qurmalıdır, bu nöqteyi-nəzərdən Gürcüstanla münasibətlər ən yaxşı pilot layihəyə çevrilə bilər və Ermənistan rəhbərliyi digər qonşularla belə bir rejimə can atmalıdır.

Qeyd olunub ki, Gürcüstan parlamenti artıq saziş layihəsini qəbul edib və ölkə prezidenti tərəfindən imzalandıqdan sonra layihə qüvvəyə minəcək.

Paylaş:
1507

Son xəbərlər

Bütün xəbərlər