Azərbaycanda bank kartları ilə ödənişlərin həcmi artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda bank kartları ilə ödənişlərin həcmi artıb

10:30 - 22 / 06 / 2023
Azərbaycanda bank kartları ilə ödənişlərin həcmi artıb

Hazırda Azərbaycanda vətəndaşlarda 14 milyona yaxın kart var.

1news.az-a Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, son 5 il ərzində ölkədə ödəniş kartları vasitsəilə həyata keçirilən əməliyyatların həcmi təxminən 8 dəfə artıb. “Son bir il ərzində ödəniş kartları vasitəsilə 460 milyon dəfə əməliyyat keçirilib ki, bu da son 5 ildə 12 dəfə artım deməkdir", - deyə o əlavə edib.

Paylaş:
279

Son xəbərlər

Bütün xəbərlər