Azərbaycan neftinin qiyməti bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti bahalaşıb

09:54 - 27 / 06 / 2023
Azərbaycan neftinin qiyməti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

1news.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli ötən günlə müqayisədə 0,8% və ya 0,58 dollar artaraq 77,15 ABŞ dolları ticarət edilib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

Paylaş:
494

Son xəbərlər

Bütün xəbərlər