Ərdoğanla Şolts arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.
1news.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub və bu sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Rusiyada baş verən son hadisələrin müzakirə olunduğu telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyü məsələsinə də toxunulub.
Ərdoğan bildirib ki, İsveç terrorla mübarizə istiqamətində düzgün addımlar atsa da, İsveçdə PKK/YPG tərəfdarları sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməyə, insanları qətlə yetirməyə və terror təşkilatlarına maliyyə vəsaiti ayırmağa davam edir. Bu vəziyyət Türkiyə üçün qəbuledilməzdir.