Rusiyada İkinci Dünya müharibəsindən qalan aviabomba tapılıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada İkinci Dünya müharibəsindən qalan aviabomba tapılıb

13:23 - 29 / 06 / 2023
Rusiyada İkinci Dünya müharibəsindən qalan aviabomba tapılıb

Novorossiyskdə torpaq işləri zamanı İkinci Dünya müharibəsindən qalan “FAB-250” aviabombası aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Novorossiysk administrasiyasının rəhbəri Andrey Kravçenko bildirib.

Partlayıcı obyektin aşkarlandığı ərazi xüsusi nəzarətə götürülüb.

Aviabombanın məhv edilməsi üzrə işləri Rusiya Fövqəladə Hallar Nazirliyinin Don Xilasetmə Mərkəzi aparacaq.

Paylaş:
403

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər