Azərbaycana təbii bal idxalı 4 dəfə azalıb

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 72.52 min dollar dəyərində 14.46 ton təbii bal idxal edilib.
1news.az Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə dəyər ifadəsində 3.6 dəfə və ya 186.36 min dollar, həcm ifadəsində isə 3.8 dəfə və ya 39.88 ton azalıb. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana 258.88 min dollar dəyərində 54.34 ton təbii bal idxal edilib.
Qeyd edək ki, hesabat dövründə Türkiyədən 43.91 min dollar dəyərində 10.17 ton, İrandan 6 min dollar dəyərində 2 ton, Almaniyadan isə 17.71 dollar dəyərində 1.53 ton təbii bal idxal edilib.
Əlavə edək ki, hesabat dövründə Türkiyədən gətirilən təbii balın hər kiloqramının orta idxal qiyməti 7.34, İrandan gətirilən 5.1, Almaniyadan gətirilən isə 19.7 manata bərabər olub.
Xatırladaq ki, bu dövrdə Azərbaycandan 9.82 min dollar dəyərində 530 kiloqram bal ixrac edilib.