Avropada təbii qaz 5% bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropada təbii qaz 5% bahalaşıb

09:52 - 14 / 07 / 2023
Avropada təbii qaz 5% bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 315 ABŞ dollarını ötüb.

1news.az xəbər verir ki, 13 iyul tarixində avqust fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 315,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (300,2 dollar) ilə müqayisədə 5% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Paylaş:
367

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər