Azərbaycanda qızıl və gümüş istehsalı azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda qızıl və gümüş istehsalı azalıb

17:17 - 15 / 07 / 2023
Azərbaycanda qızıl və gümüş istehsalı azalıb

Bu ilin I yarısında Azərbaycanda 975,5 kq qızıl, 1 841,3 kq gümüş istehsal edilib.

1news.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,6 % və 42,5 % azdır.

Hesabat dövründə Azərbaycanda mis konsentratının istehsalı 1 856 ton olub ki, bu da 1 il əvvələ nisbətən 45,9 % çoxdur.

Bu in iyulun 1-nə ölkədə 101,9 kq qızıl, 352,2 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 522,3 ton təşkil edib.

Paylaş:
565

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər