Bakıda çimərlikdə boğulmaqda olan qadın xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çimərlikdə boğulmaqda olan qadın xilas edilib

10:48 - 15 / 07 / 2023
Bakıda çimərlikdə boğulmaqda olan qadın xilas edilib

Bakıda çimərlikdə boğulmaqda olan qadın xilas edilib.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu Qızılqum çimərliyi ərazisində 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər